Xiyar turşusu. Sadə resept

İnqrediyentlər  1 ədəd 3 l-lik balon üçün nəzərdə tutulub. Təxminən eyni ölçüdə olan xırda bərk xiyarları seçin.  

Tərkib:

- 2 kq xiyar

- 2 x.q. duz

- 1 x.q. şəkər tozu

- 5 ədəd qara istiot

- 2 ədəd dəfnə yarpağı

- 3 ədəd albalı yarpağı

- 3 ədəd qarağat yarpağı

- 3 ədəd şüyüd

- 3 diş sarımsaq

Hazırlanması:

1. Xiyarları yuyun, 2 saat suda saxlayın, sonra qıraqlarını kəsin.

2. Balonları yaxşı sterilizə edin. Balonların dibinə dəfnə yarpağı, albalı və qarağat yarpaqlarını, şüyüd, sarımsaq, istiot qoyun, duz, şəkər tozu tökün, xiyarları doldurun, üzərinə təmiz axar su tökün, 1 gün saxlayın.

3. Növbəti gün balonlarda olan suyu qazana boşaldın, 1 dəqiqə ərzində qaynadın, yenidən balonlara boşaldın (su balonların ağzına qədər çatmalıdır), dərhal sterilizə olunmuş qapaqlarla bağlayın.  

Nuş olsun!

Mənbə: povarenok.ru

Tərcümə: Evdarliq.Az




Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar