Qeyri-adi dadlı mürəbbə. Qonaqlarınızı təəccübləndirmək istəyirsinizsə, bu mürəbbəni mütləq bişirin.
Ərzaqlar:
- 1,5 kq qarpız əti (şirin qırmızı qarpız seçin)
- 1,1 kq şəkər tozu
- 1 limon.
Hazırlanması:
1. Qarpızı yuyun, doğrayın. Qarpız ətini təxminən 1.5x1,5 sm kublar şəklində doğrayın, qazana qoyun, üzərinə şəkər tozu tökün. Su əlavə etməyin!
2. Mürəbbəni vam odda qaynamağa başlayana qədər qızdırın, 5 dəqiqə qaynadın, tam soyuyana qədər saxlayın.
3. Sonra mürəbbəni vam odda 1,5 saat ərzində bişirin. Hazır olana yaxın limon şirəsini sıxın və mürəbbəyə əlavə edin.
Nuş olsun!
Evdarliq.az