Üzüm mürəbbəsi çox asan hazırlanır və çox dadlı alınır. Üzümün çəyirdəklərini çıxartmaq lazım deyil. Əksinə üzümü çəyirdəklərlə yemək lazımdır. Onların tərkibində çox faydalı maddələr var.
Tərkib:
- Ağ üzüm - 1 kq
- Şəkər tozu - 1 kq
- Su - 2 stəkan
- Limon turşusu - 1/2 ç.q.
Hazırlanması:
1. Üzümü yaxşı yuyun, süzgəcə yığın.
2. Meyvələri salxımdan ehtiyatla qırın.
3. Sirop bişirin. Suyu qaynadın, şəkər tozunu əlavə edin, 10-15 dəqiqə vam odda qaynadın və soyudun.
4. Meyvələri siropun içinə tökün, orta odda hazır olana qədər bişirin.
5. Hazır olana yaxın limon turşusunu əlavə edin.
Nuş olsun!
Evdarliq.az