Qışa pomidorla bibər salatı

Çox dadlı və ətirli salat alınır. Qırmızı, sarı, yaşıl bibərdən istifadə edin, salat çox gözəl görünəcək.

Tərkib:

- 2 kq bolqar bibəri

- 1 kq pomidor

- 300 qr baş soğan

- 3 diş sarımsaq

- 2 x.q. duz

- 4 x.q. şəkər tozu

- 5 x.q. bitki yağı

- 2 x.q. 9%-li sirkə  

Hazırlanması:

1. Pomidor yuyulur, doğranılır və blenderdən keçirilir.

2. Soğan yarımdairələr, sarımsaq xırda-xırda doğranılır.

3. Bibər təmizlənir, yuyulur, uzun-uzun doğranılır.

4. Qazana pomidor, bibər, soğan qoyulur, duz, şəkər tozu əlavə olunur, qarışdırılır, orta odda 20 dəqiqə qaynadılır.

5. Bitki yağı, sarımsaq, sirkə əlavə olunur, 5-7 dəqiqə ərzində qaynadılır.

6. Bankaları və qapaqları yaxşı sterilizə edin, salatı isti halda bankalara doldurub və qapaqları bağlayın.

7. Bankaları ağzı aşağı olmaqla dəsmalın üzərinə qoyun, ədyalla örtün və soyana qədər saxlayın.

Nuş olsun!

Evdarliq.Az