Qışa kompot bağlayırıq. Sadə üsul

Bu çox sadə üsuldur. Adətən kompotları hazırladıqda biz balonlara 2 dəfə su doldururuq və boşaldırıq. Burada isə bu tələb olunmur.

Tərkib:

- balonun 1/3 hissəsi meyvələr və ya giləmeyvələrlə doldurulur  

- sirop üçün 1 l suya 200 qr şəkər tozu götürülür

Kompotun hazırlanması:

1. Balonlar və qapaqlar yaxşı sterilizə olunur. Bankaları çaydanın üzərinə və ya sobada sterilizə edirik, qapaqları qaynadırıq.

2. Yalnız dəymiş meyvələrdən istifadə edin, çürük, yumşaq dəyməmiş meyvələr uyğun gəlmir. Meyvələri yaxşı təmizləyirik, yuyuruq və süzgəcə yığırıq ki, su süzülsün.

3. Sterilizə olunmuş balonlara meyvələri doldururuq, qapaqlarla örtürük.

4. Sirop hazırlayırıq. 1 l sirop üçün 200 qr şəkər tozu götürülür.

5. Meyvələrlə olan balonu dibinə isti su tökülmüş ləyənə qoyuruq (balon çatlamasın deyə), balona qaynar sirop tökürük. Sirop balonun yuxarısına çatmalı və balondan bir az ləyənə tökülməlidir. Bununla biz balonda havanın qalmasının qarşısını alırıq. Dərhal qapaqla bağlayırıq.

6. Balonu ağzı aşağı olmaqla dəsmalın üzərinə qoyuruq və isti ədyal və ya şalla örtürük. Balonlar tam soyuyandan sonra ədyalı götürürük.

Nuş olsun!

Mənbə: povarenok.ru

Tərcümə: Evdarliq.az