Tərkib: - 1 kq qarğıdalı
- 6 x.q. şəkər tozu
- 2 x.q. duz
- 1,5 l su
Hazırlanması:
1. İti bıçaqla qarğıdalı dənələrini kəsirik.
2. Dənələrin üzərinə çıxana qədər soyuq su tökürük, güclü odda qaynara düşənə qədər qızdırırıq. Sonra vam odda 1 saat ərzində bişiririk. Üzərinə çıxan köpüyü kəfgirlə yığırıq.
3. Suyu süzürük və saxlayırıq. Dənələri steril yarım-litrlik bankalara yığırıq (yuxarıda yer saxlayırıq).
4. Süzülmüş suya duz və şəkər tozu tökürük, qaynara düşənə qədər çatdırırıq, bankalara tökürük.
5. Bankaların üzərinə qapaqlar qoyuruq, 1 saat ərzində qazanda suda sterilizə edirik.
6. Bankaları kip bağlayırıq, sərin yerdə saxlayırıq.
Nuş olsun!
Evdarliq.Az