Leçonun bir çox müxtəlif reseptləri var. Sizə bu reseptlərdən birini təqdim edirik.
Tərkib:
- 2 kq pomidor
- 2 kq soğan
- 1 kq kök
- 1 kq bolqar bibəri
- 1,5 stəkan bitki yağı
- 1/2 stəkan 9%-li sirkə
- 2 x.q. duz
- 1,5 x.q. şəkər tozu
Hazırlanması:
1. Tərəvəzləri yuyuruq, doğrayırıq (çox xırda doğramayın).
2. Qazana yığırıq, güclü odda 1-2 dəqiqə qaynadırıq.
3. Yağ, duz, şəkər tozu, sirkə əlavə edirik, 15 dəqiqə qaynadırıq.
4. Dərhal steril bankalara yığırıq, qapaqları bağlayırıq.
Nuş olsun!
Evdarliq.Az