Ləzzətli armud cemi

Tərkib:

- 4 kq armud

- 2 kq şəkər tozu

- 1 ç.q. darçın

- 1 ç.q. limon turşusu

Hazırlanması:

1. Meyvələri yuyuruq, təmizləyirik, xırda tikələrə doğrayırıq, üzərinə şəkər tozu tökürük, qarışdırırıq.

2. Kütləni blenderlə əzirik.

3. Kütləni enli ləyənə tökürük, odun üzərinə qoyuruq.

4. Qaynamağa başlayanda darçın və limon turşusunu əlavə edirik, qarışdırırıq.

5. Cemi vam odda 40 dəqiqə ərzində bişiririk.

6. Hazır cemi isti halda bankalara doldururuq, qapaqlarla bağlayırıq.

Nuş olsun!

Evdarliq. Az

 

 


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO