Qara qarağat mürəbbəsi

Tərkib:

- 1 kq qara qarağat

- 1,5 kq şəkər tozu

- 2 stəkan su

Hazırlanması:

1. Qara qarağat təmizlənir, yuyulur, qurudulur.

2. Gilmeyvələr enli ləyənə tökülür, üzərinə su əlavə olunur, qaynadıqdan sonra 15 dəqiqə bişirilir.

3. Sonra ləyənə şəkər tozu əlavə edilir, qaynadıqdan sonra 15 dəqiqə qaynadılır. Mürəbbəni qarışdırın və üzərinə çıxan köpüyü yığın.

4. Hazır mürəbbə qatılaşır və ləyənin divarlarına yapışır.

5. Mürəbbəni təmiz quru bankalara doldurun. Bu mürəbbəni ev temperaturunda saxlamaq olar.  

Nuş olsun!

Evdarliq.az



 

 

.