Konservləşdirilmiş lobya. Sadə resept

Tərkib:

- 2,5 kq lobya

- 2 l su

- 1/2 x.q. duz

- 1/2 stəkan üzüm sirkəsi

Hazırlanması:

1. Lobya yuyulur, qıraqları kəsilir, 3 sm uzunluqda doğranılır.

2. Lobyanı 5 dəqiqə qaynar suda saxlayın, süzgəcə yığın, üzərinə soyuq su tökün.

3. 2 l su qaynadın, duz əlavə edin, bir neçə dəqiqə qaynadın ki, duz ərisin. Oddan götürün, sirkə əlavə edin, qarışdırın.

4. Lobyanı steril bankalara kip yığın, üzərinə ilıq şəkildə duzlu-sirkəli su tökün, steril qapaqları qoyun.

5. Enli qazanın dibinə mətbəx dəsmalı qoyun, bankaları yığın. Qazana su tökün (bankaların yuxarısına 4-5 sm çatmamalıdır). 1/2 l-lik bankaları 10 dəqiqə, 1 l-lik bankaları 20 dəqiqə ərzində sterilizasiya edin.

6. Bankaları kip bağlayın, qapaqları aşağı olmaqla dəsmalın üzərinə qoyun, isti ədyalla örtün. Bankalar soyuyanda otaq temperaturunda saxlayın.

Nuş olsun!

Evdarliq.az