Tərkib:
- 1 kq gavalı
- 1 kq şəkər tozu
- 1/2 ç.q. limon duzu
- 1/2-1 st. su (gavalının sulu olub-olmağından asılıdır)
Hazırlanması:
1. Meyvələri seçirik, təmizləyirik, yuyuruq, çəyirdəkləri çıxardırıq, hər meyvəni 4 hissəyə bölürük.
2. Mürəbbə ləyəninə meyvələri və şəkər tozunu tökürük, qarışdırırıq.
3. Orta odda qaynara düşənə qədər qızdırırıq (lazım olduqda su əlavə edirik), qarışdıra-qarışdıra təxminən 20 dəqiqə bişiririk.
4. Soyuduruq, blenderlə əzirik, yenidən odun üzərinə qoyub hazır olana qədər bişiririk. Hazır olub-olmadığını yoxlamaq üçün 1 damcı cemi nəlbəkiyə tökün - cem yayılmayıbsa, hazırdır.
Nuş olsun!
Evdarliq.az