Albalı mürəbbəsinin hazırlanması

Tərkib:

- 2 kq albalı

- 1,8 kq (1 kq 800 qr) şəkər tozu

Hazırlanması:

1. Meyvələri seçin, çürük, xarab meyvələri istifadə etməyin.

2. Meyvələri yaxşı yuyun, aşsüzənə yığın ki, suyu süzülsün.

3. Çəyirdəkləri çıxardın.

4. Meyvələri hissə-hissə enli ləyənə yığın, hər dəfə üzərinə şəkər tozu tökün. Axşamdan səhərə kimi saxlayın ki, şirəsi çıxsın.

5. Mürəbbəni orta odun üzərinə qoyun, qaynayandan sonra 5 dəqiqə daynadın, soyudun.

6. Tam soyuyandan sonra yenə odun üzərinə qoyun, 5 dəqiqə qaynadın, yenə soyudun.

7. Tam soyuyandan sonra 3-cü dəfə odun üzərinə qoyun və hazır olana qədər bişirin.

8. Hazır olub-olmadığını yoxlamaq üçün mürəbbənin 1 damçısını nəlbəkiyə tökün. Damcı yayılmayıbsa - mürəbbə hazırdır.

9. Bankaları və qapaqları qabaqcadan sterilizasiya edin və mürəbbəni isti halda bankalara yığıb qapaqları bağlayın.

Nuş olsun!

Evdarliq.az   



 

 

.