Limon mürəbbəsinin hazırlanması

Çox dadlı və faydalı desertdir.

Tərkib:

- 9 limon (orta ölçüdə)

- 1200-1500 qr şəkər tozu (zövqünüzə görə)

- 150 ml su

Hazırlanması:

1. Limonun qabıqlarını nazik soyun. Bu qabıqları atmayın, qurudun və şirniyyatlar bişirdikdə istifadə edin.

2. Limonları suya qoyun və 30 dəqiqə saxlayın.

3. Sirop bişirin. Şəkər tozunu su ilə qarışdırın, vam odda şəkər tozu tam əriyənə qədər bişirin.

4. Limonları sudan çıxardın, tikələrə doğrayın, isti siropun içinə əlavə edin, qarışdırın, 1 saat saxlayın.

5. Mürəbbəni vam odda qızdrın və 10 dəqiqə ərzində qaynadın.

6. 6-8 saat saxlayın, sonra yenə 10 dəqiqə ərzində bişirin.

7. Mürəbbəni isti vəziyyətdə sterilizasiya olunmuş bankalara doldurun, qapaqları bağlayın, soyuyana qədər ədyala bükün.

Nuş olsun!

Evdarliq.Az  


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Son şərhlər  

#1 Rugeyya 2016-06-19 03:41
Salam limonları elə doğrayaqki dağılmasınlar suda?
Cavab yaz
#2 zilan 2017-02-19 21:53
biz hazir formasini gormusduk.bildiyiniz qabiqli limon murebbesinin terifi varsa yazin.
Cavab yaz
#3 zilan 2017-02-19 21:55
yalancilar
Cavab yaz
#4 ziyafet 2017-02-20 14:37
ne haliniz varsa gorun, menim isim, gucum yoxdu sizinlemi ugrasacam.rugeyya yazib ki bu limon murebbesi bele bisirilmez.duz deyirde qizcigaz
Cavab yaz

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO