Qışa tədarük

Gilas mürəbbəsinin hazırlanması

İnqrediyentlər:

- 1 kq gilas

- 1 kq şəkər tozu

- 1 limon

- 3 ədəd mixək

Hazırlanması:

1. Meyvələri təmizləyin, yuyun, çəyirdəkləri çıxardın.

2. Sirop: 1 kq şəkər tozunun üzərinə 1/2 stəkan su əlavə edin, qarışdırın, vam odda şəkər tozu əriyənə qədər qızdırın.

3. Siropu meyvələrin üzərinə tökün.

4. Limonun qabığını soyun, xırda doğrayın və mürəbbəyə əlavə edin.

5. Sıxılmış limon şirəsini və mixəyi mürəbbəyə əlavə edin.

6. Mürəbbəni vam odda qaynara düşənə qədər qızdırın, 5 dəqiqə qaynadın, qırağa qoyun.

7. Üzərini dəsmalla örtün və ən azı 6 saat saxlayın.

8. 6 saatdan sonra mürəbbəni yenidən 5 dəqiqə qaynadın və qırağa qoyub yenə də 6 saat saxlayın.

9. Yenidən 5 dəqiqə qaynadın və dərhal sterilizasiya olunmuş bankalara doldurub qapaqları bağlayın.  

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика