Qızılgül mürəbbəsinin hazırlanması

Bu mürəbbə həm çox dadlı, həm də çox faydalıdır. Ürək xəstəlikləri, stress, nevroz zamanı bu mürəbbə əsl təbii dərmandır.

Gül mürəbbəsi immun sistemini möhkəmləndirir, iltihabları azalıdır.

Tərkib:

- 500 qr qızılgül ləçəkləri

- 1 kq şəkər tozu

- 1 l su

- 1 limon

Hazırlanması:

1. Ləçəkləri seçirik, ləyənə qoyuruq, üzərinə 500 qr şəkər tozu əlavə edirik, ovuşdururuq ki, şirəsi çıxsın, limonun şirəsini əlavə edirik.

2. 4 saat ərzində isti yerdə (məsələn, mətbəxdə) saxlayırıq. Bu vaxt ərzində ləçəkləri bir neçə dəfə qarışdırırıq.

3. Sirop hazırlayırıq. 1 l suya qalan 500 qr şəkər tozu əlavə edirik, qarışdırırıq, vam odda qızdırırıq ki, şəkər tozu tam ərisin.

4. Sirop qaynara düşəndə oddan götürürük, ləçəklərin üzərinə tökürük, qarışdırırıq, qaynara düşənə qədər qızdırırıq.

5. Mürəbbə qaynamağa başlayanda oddan götürürük, tam soyuduruq, yenə qaynara düşənə qədər qızdırırıq və soyuduruq. Bunu 3 dəfə etmək lazımdır.

6. Bankaları və qapaqları sterilizasiya edirik. Mürəbbəni isti halda bankalara qoyuruq və qapaqlarla bağlayırıq.

7. Bankaları qapaqları aşağı olmaqla təmiz dəsmalın üzərinə qoyuruq, tam soyuyana qədər ədyalla örtürük.

Nuş olsun!

Evdarliq.Az


.