Qışa tədarük

Çiyələk cemi

Tərkib:

- 2 kq çiyələk

- 1,6 kq şəkər tozu

- 1 limon

Hazırlanması:

1. Çiyələk bir neçə dəfə yaxşı yuyulur, süzgəcə yığılır, saplaqlardan təmizlənir.

2. Çiyələk qaba tökülür və blenderlə əzilir və ya ətçəkən maşınından keçirilir.

3. Üzərinə şəkər tozu əlavə olunur, yaxşı qarışdırılır və 2 saat ərzində saxlanılır.

4. Limon şirəsi sıxılır, çiyələyə əlavə olunur, yaxşı qarışdırılır.

5. Cemi vam odda qarışdıra-qarışdıra təxminən 40-60 dəqiqə ərzində bişirin.   

6. Qabaqcadan bankaları hazırlayın. Bunun üçün bankaları soda ilə yaxşı yuyun (təzə qubka istifadə edin) və sonra sterilizasiya edin - qazana su tökün, qaynadın, üzərinə süzgəc qoyun və süzgəcə ağzı aşağı olmaqla banka qoyun. Sterilizasiya olunmuş bankaları ağzı aşağı olmaqla təmiz çay dəsmalının üzərinə qoyun. Qapaqları kiçik qazanda qaynadın.

7. Hazır cemi isti halda sterilizasiya olunmuş bankalara yığın, qapaqlarla bağlayın, qapağı aşağı olmaqla mətbəx dəsmalının üzərinə qoyun, isti ədyalala bükün və soyana qədər gözləyin.

 Nuş olsun!

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Kartof və toyuqla sadə və dadlı piroq. Əla şam yeməyi!

Kartof və toyuqla sadə və…

Qəlyanaltılar Hits:15399

Tərkib: Xəmir: - yarım stəkan un

TEMPERAMENT tipinizi təyin edin

TEMPERAMENT tipinizi təyin edin

Münasibətlər Hits:4221

Temperament tiplərinə görə insanlar 4 qrupa...

Ləzgi piroqu SKAN. Sadə resept

Ləzgi piroqu SKAN. Sadə resept

Qəlyanaltılar Hits:1775

İnqrediyentlər: Xəmir: - 1 kq un

Beze pirojnası. Çox sadə resept

Beze pirojnası. Çox sadə resept

Şirniyyat Hits:10083

Beze çox asan hazırlanır. Lakin hazırlanma...

Portağal və şokoladla SADƏ PİROQ

Portağal və şokoladla SADƏ PİROQ

Şirniyyat Hits:1288

Məhsullar: - 2 yumurta

Cavanlaşdırıcı ALMA MASKALARI. Ucuz və effektli!

Cavanlaşdırıcı ALMA MASKALARI. Ucuz və…

Kosmetologiya Hits:1278

Alma ən faydalı meyvələrdən biridir.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:1283

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:145

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:294

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:259

Məhsullar: - 2 badımcan

Gözəl olmaq üçün darçından istifadə edin

Gözəl olmaq üçün darçından istifadə…

Kosmetologiya Hits:576

Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa...

Xurma ilə dadlı piroq

Xurma ilə dadlı piroq

Şirniyyat Hits:587

Məhsullar: - 1,5 stəkan un

Mükəmməl makiyaj üçün 10 məsləhət

Mükəmməl makiyaj üçün 10 məsləhət

Kosmetologiya Hits:756

Makiyaj qadınların əvəzolunmazları sırasında ilk pillələrdə...

Noxud və qoyun əti ilə sadə və dadlı sup

Noxud və qoyun əti ilə…

İsti yeməklər Hits:329

Tərkib: - 800 qr qoyun əti

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az