Çox dadlı və kövrək pirojki alınır.
İnqrediyentlər:
- 250 qr un
- 100 qr kərə yağı
- 500 qr toyuq sinəsi
- 200 qr soğan
- duz, istiot (zövqə görə)
- 1 ədəd yumurta sarısı
- 1 x.q. küncüt
- 100 ml su.
Hazırlanması:
1. Unu ələyin, üzərinə soyuq kərə yağı sürtgəcədn keçirin, əllə yaxşı ovuşdurun.
2. Soyuq su tökün, tez xəmir yoğurun.
3. Xəmiri sellofana bükün və 1 saat soyuducuda saxlayın.
4. Soğanı təmizləyin, çox xırda doğrayın.
5. Toyuq ətini xırda doğrayın, soğanla qarışdırın, duz, istiot vurun, yaxşı qarışdırın.
6. Xəmiri kolbasa şəklində yayın və 12 hissəyə ayırın.
7. Hər hissəni nazik yayın (təxminən 10-12 sm diametrdə).
8. Xəmirin ortasına içlik qoyun və şəkildə göstərildiyi kimi bükün. Üçbucaq formasında alınır.
9. Tavaya xüsusi kağız sərin, tikişləri aşağı olmaqla "üçbucaqları" düzün.
10. Yumurta sarısını 1 xörək qaşığı soyuq su ilə çalın, samsanın üzərinə çəkin, üzərinə küncüt səpin.
11. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Samsanı 40-50 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.Az