Çox dadlı və qeyri-adi qəlyanaltıdır.
İnqrediyentlər:
- 300 qr toyuq filesi
- 50 qr holland pendiri
- duz, istiot
- 2 x.q. mayonez
- 1 diş sarımsaq
- 2 x.q. ketçup və ya tomat
- 1 ədəd yumurta
- 2 x.q. un
- 40 qr üyüdülmüş suxarı
- bitki yağı
Hazırlanması:
1. Toyuq filesinə duz, istiot, 1 x.q. mayonez vurulur, 1 saat soyuducuda saxlanılır.
2. Toyuq filesi hazır olana qədər tavada qızardılır, soyudulur, blenderin köməyi ilə xırdalanır.
3. Sarımsağı sarımsağaəzənlə əzin, toyuğa əlavə edin.
4. Toyuğa 1 x.q. mayonez, 2 x.q. ketçup (və ya tomat), sürtgəcdən keçirilmiş pendir, un əlavə edin, yaxşı qarışdırın.
5. Alınmış kütlədən qoz boyda kürəciklər düzəldin.
6. Kürəcikləri əvvəl yumurtaya, sonra suxarıya batırın və isti yağda qızılı rəng alana qədər qızardın.
7. Hazır qəlyanaltını kağız dəsmalın üzərinə qoyun ki, artıq yağ dəsmala hopulsun və sonra masaya verin.
Nuş olsun!
Evdarliq.Az