Dadlı və zərif göbələkli paştet

Çox dadlı və faydalı paştetdir.

İnqrediyentlər:

- 100 qr ağ lobya

- 300 qr şampinyon

- 1 baş soğan

- 1 ədəd kök

- duz, istiot

Hazırlanması:

1. Lobyanı axşamdan suda isladın. Suya 1 çimdik soda əlavə edin.

2. Səhər lobyanı yaxşı yuyun və hazır olana qədər bişirin, soyudun.

3. Soğanı xırda doğrayın, kökü sürtgəcdən keçirin, zeytun yağında 2 dəqiqə ərzində qızardın.

4. Göbələkləri təmizləyin, doğrayın və tavaya əlavə edin. Göbələklərin suyu çəkilənə qədər qızardın, duz, istiot əlavə edin, qarışdırın, soyudun.

5. Lobyanı tərəvəzlərlə birlikdə blenderlə yaxşı əzin. Yumşaq, zərif, həmcins kütlə alınmalıdır.

Nuş olsun!

Evdarliq.Az




loading...

QADINLARIN ORTAQ DƏRDİ - MASTOPATİYA...