Asan və dadlı ət ruleti. Siz də hazırlayın!

Rulet çox tez hazırlanır, dadlı və zərif alınır.

İnqrediyentlər:

- 0,5 kq farş

- 150 qr holland pendiri

- 3 ədəd yumurta

- 1 diş sarımsaq

- duz, istiot zövqə görə

- 1 stəkan süd

- 1 stəkan un

Hazırlanması:

1. Farşa 1 yumurta, duz, istiot əlavə edirik. Sarımsağı sarımsağəzənlə əzirik. Hamısını qarışdırırıq.

2. Farşı nazik layla plyonkanın üzərinə qoyuruq, üzərinə sürtgəcdən keçirilmiş pendir tökürük, pendiri farşa bir qədər sıxırıq, rulet formasında bükürük.

3. Ruleti plyonkaya bükürük, 3-4 saat dondurucu kamerada saxlayırıq.

4. Ruleti çıxardırıq və hava temperaturunda 5-10 dəqiqə saxlayırıq.

5. Bu zaman klər hazırlayırıq: un, süd, 2 ədəd yumurta qarışdırılır, bir qədər duz əlavə olunur (qatı xama kimi alınmalıdır).   

6. Ruleti 1-1,5 sm qalınlığında doğrayırıq, tikələri xəmirə batırırıq, isti tavada orta odda hər iki tərəfdən qızardırıq.

Nuş olsun!

Evdarliq.Az




loading...

Qaraciyərin sevimli içkisi - KİŞMİŞ SUYU