Lazım olan məhsullar:
Xəmir üçün:
- 400 qr un
- 200 qr xama
- 100 qr kərə yağı
- 1 yumurta sarısı (üzərinə çəkmək üçün)
- 1/2 ç.q. duz
- 1/2 ç.q. qabartma tozu
İçlik üçün:
- iri göy soğan dəstəsi
- 5 ədəd bişmiş yumurta
- duz, istiot
Hazırlanması:
1. Yumşaq kərə yağı xama isə qarışdırılır.
2. Ələnmiş un, duz, qabartma tozu əlavə olunur, qaşıqla yaxşı qarışdırılır, xəmir yoğrulur.
3. Xəmiri sellofana bükün və 30 dəqiqə soyuducuda saxlayın.
4. Bişmiş yumurtanı və soğanı xırda doğrayın.
5. Göy soğanı kərə yağında vam odda 7-10 dəqiqə ərzində bişirin, doğranmış yumurta, duz, istiot əlavə edin, yaxşı qarışdırın, bir neçə dəqiqə ərzində bişirin.
6. Xəmiri 2 hissəyə bölün. Bir hissəni təxminən 1 sm qalınlığında dairə şəklində yayın.
7. Tavaya xüsusi kağız sərin, xəmir, üzərinə içlik qoyun.
8. 50 qr kərə yağını nazik tikələrə bölün və içliyin üzərinə qoyun.
9. Xəmirin 2-ci hissəsini yayın, içliyin üzərinə qoyun, qırarları yuxarıya doğru bükün, çəngəllə bir neçə yerdən deşin.
10. Yumurta sarısını çalın və piroqun üzərinə vurun.
11. Sobanı əvvəlcədən 200 C qədər qızdırın, piroqu sobaya qoyun və 30-40 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.Az