Bu pirojki çox tez hazırlanır və çox yumşaq və dadlı alınır.
Lazım olan məhsullar:
- 400 qr xama
- 2 ədəd yumurta
- 1/2 ç.q. duz
- 1/2 ç.q. soda
- 800 qr un
Hazırlanması:
1. Xama, yumurta, duz, soda yaxşı qarışdırılır.
2. Un ələnir, xəmirə əlavə olunur. Xəmir çox elastik və yumşaq alınır.
3. Xəmiri sellofana bükün və soyuducuda 30 dəqiqə ərzində saxlayın.
4. İçlik üçün qızardılmış göbələk, qızardılmış farş, kartof püresi və s. istifadə edə bilərsiniz.
5. Xəmiri soyuducudan çıxardırıq, kiçik hissələrə kəsirik, una batırırıq və dairə şəklində yayırıq.
6. Ortasına içlik qoyuruq, pirojki bükürük.
7. Divarları qalın olan tavaya bitki yağı tökürük, yaxşı qızdırırıq. Yoxlamaq üçün tavaya bir tikə xəmir atır - xəmir yuxarı qalxıbsa, pirojki qızartmaq olar.
8. Pirojki orta odda, hər iki tərəfdən qızılı rəng alana qədər qızardırıq.
Nuş olsun!
Evdarliq.Az