Qəlyanaltılar

Göbələkli-pendirli piroq. Sadə və dadlı!

Çox tez bişirilən və çox dadlı piroqdur. İsti halda yeyilir.

Lazım olan məhsullar:

Xəmir üçün:

- 200 qr un

- 100 qr kərə yağı

- 1/3 ç.q. duz

İçlik:

- 500 qr şampinyon

- 200 qr soğan

- 200 qr xama

- 100 qr holland pendiri

- 1 ədəd yumurta

- duz, istiot

Hazırlanması:

1. Unu ələyin, duz əlavə edin, yağı sürtgəcdən keçirin, barmaqlarınızla unu yağla ovun, 5-6 x.q. soyuq su əlavə edin, xəmir yoğurun.

2. Xəmiri yayın, formaya qoyun, bir  neçə yerdə çəngəllə deşin, soyuducuda 30 dəqiqə ərzində saxlayın.  

3. Soğanı xırda, göbələyi nazik doğrayın.

4. Tavada kərə yağında soğanı yumşalana qədər qızardın, göbələk əlavə edin, 15-20 dəqiqə ərzində qızardın, duz, istiot vurun.

5. Xamanı və yumurtanı yaxşı qarışdırın, bir az duz vurun.

6. Pendiri sürtgəcdən keçirin.

7. Sobanı 200 C qədər qızdırın. Xəmiri sobaya qoyun, 10-15 dəqiqə ərzində bişirin.

8. Xəmirin üzərinə göbələklərin yarısını qoyun, üzərinə pendirin yarısını səpin, sonra qalan göbələyi qoyun, xamalı-yumurtalı kütləni bir bərabərdə tökün, üzərinə pendirin qalan hissəsini səpin.

9. Sobaya qoyun, 30 dəqiqə ərzində bişirin.

Nuş olsun!


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика