Tərkibi:
-750 qram gül kələm
-3 yarpaq yaşıl soğan
-Yarım dəstə cəfəri
-3 ədəd yumurta
-4 xörək qaşığı un
-1 çay qaşığı duz
-Qara istiot
-Duz
Sousu üçün:
-4 xörək qaşığı qatıq və ya süzmə
-1 diş sarımsaq
-Təzə nanə
Hazırlanması:
Gül kələmi suda bişirin və soyuduqdan sonra əzin. Soğan və cəfərini xırda-xırda doğrayın. Daha sonra bütün məhsulları (sous üçün lazım olan məhsullar istisnadır) qarışdırın.
Soba qabına yağlı kağız sərin. Gül kələmindən hazırladığınız qarışığı qarışdıraraq hər dəfə 1 xörək qaşığı götürüb qaba yerləşdirin.
180 dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirin. Kükünü sarımsaq, nanə və qatıqdan əldə etdiyiniz sousla birlikdə süfrəyə verin.