Orijinal buterbrodlar hazırlayırıq. Nəfis dad!

Adətən buterbrod hazırladıqda biz yağdan, kolbasadan, pendirdən və s. adi məhsullardan istifadə edirik.

Lakin adi buterbrodları da çox dadlı qəlyanaltıya çevirəcək olar.  

Sizə çox orijinal buterbrod reseptlərini təqdim edirik:
1. 100 qr turp, 50 qr holland pendiri, 2 bişmiş yumurta, 1-2 diş sarımsaq, şüyüd, xama, duz. Turp, pendir və yumurtanı sürtgəcin kiçik gözündən çəkin, xırda doğranmış şüyüd, sarımsaqəzəndən əzilmiş sarımsaq, xama, duz əlavə edin, yaxşı qarışdırın. Qarışığı çörəyə çəkin.
2. 200 qr siyənək balığı filesi, 100 qr holland pendiri, 1 dənə bişmiş kök, 50 qr kərə yağı. Balıq çox xırda doğranır, kök və pendir sürtgəcdən keçirilir, yağ əlavə olunur, qarışdırılır. Qara çörəyə çəkəndə çox dadlıdır.
3. 200 qr siyənək balığı filesi, 100 qr kərə yağı. Balıq xırda doğranılır, yumşaq kərə yağı ilə yaxşı qarışdırılır.
4. 200 qr kəsmik, 100 qr kərə yağı, 2-3 dənə diş sarımsaq, 1 dəstə şüyüd. Kəsmiyi süzgəcdən sıxın, kərə yağı əlavə edin, sarımsağı sarımsağəzənlə əzin, xırda doğranmış şüyüd əlavə edin, yaxşı qarışdırın.

Evdarliq.Az