Qəlyanaltılar

Lavaşdan dadlı pizzanın hazırlanması. Tez, asan və dadlı!

Bu reseptdən istifadə edərək təxminən 30 dəqiqə ərzində dadlı, xırçıldayan, ətirli pizza hazırlaya bilərsiniz.

Pizzanı hazırlayanda istənilən inqrediyentlərdən istifadə edə bilərsiniz - ətin əvəzinə sosis, kolbala, toyuq əti istifadə etmək olar, pizzanı ətsiz də hazırlamaq olar.

Lazım olan məhsullar:

- 3 dənə nazik lavaş

- 200 qr farş

- 2 dənə pomidor

- 3 diş sarımsaq

- 1 dənə bolqar bibəri

- qara istiot, quru reyhan

- 100 qr holland pendiri

- 100 qr göbələk

- 15 qr kərə yağı

- 20 qr ketçup

- mayonez

Hazırlanması:

1. Farşı kərə yağında qızardın. Pomidorların qabıqlarını soyun, xırda doğrayın, farşa əlavə edin, qarışdırın, bir qədər qızardın. Duz, qara istiot, quru nanə əlavə edin. Ən sonda sarımsağı sarımsağəzənlə sıxın və farşa əlavə edin, bir neçə dəqiqə qızardın.

2. Göbələkləri xırda doğrayın və ayrı tavada bitki yağında qızardın, yağı süzün.

3. Tavaya xüsusi kağız sərin, üzərinə birinci lavaş sərin, bir az mayonez çəkin, bir az sürtgəcdən keçirilmiş pendir səpin, 2-ci lavaş qoyun. Yenə bir az mayonez çəkin və pendir səpin, üzərinə 3-cü lavaş qoyun.

4. Lavaşa bir az ketçup çəkin, üzərinə farş, sonra göbələk qoyun.

5. Bibəri uzun-uzun nazuk doğrayın və göbələyin üzərinə düzün.

6. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

7. Sobanı qabaqcadan 220 C qədər qızdırın və pizzanı 10 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика