Bu qəlyanaltı çox tez və asan hazırlanır.
Lazım olan məhsullar:
- 1 stəkan qatıq
- 150 qr un
- 200 qr pendir (məsələn, holland pendiri)
- 2 yumurta
- 200 qr sosis (zövqə görə kolbasa, bişmiş mal və ya toyuq əti istifadə oluna bilər)
- 1 çay qaşığı qabartma tozu
- duz
Hazırlanması:
1. Pendiri sürtgəcin iri gözündən keçirlir.
2. Sosisləri nazik dairələrə doğranır.
3. Yumurta, qatıq, duz qarışdırılır.
4. Un ələnir, qabartma tozu ilə qarışdırılır, yumurtalı-qatıqlı kütləyə əlavə edilir, yaxşı qarışdırın.
5. Pendir və sosis əlavə edilir, yenə yaxşı qarışdırılır.
6. Tavaya yağ çəkilir, xəmir tavaya boşaldılır.
7. Sobanı əvvəlcədən 180 C qədər qızdırın. Piroqu təxminən 35-40 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.Az