Yumurta və göy soğanla çox dadlı piroq

Piroq çox asan hazırlanır. Həm isti, həm də soyuq halda yemək olar. Çox dadlı və doyumludur.

Lazım olan məhsullar:

Xəmir üçün:

- 400 qr un

- 200 qr xama

- 100 qr kərə yağı

- duz

- 1/2 çay qaşığı qabartma tozu

İçlik:

- göy soğan (1 iri dəstə və ya bir neçə xırda dəstə götürülür)

- 100 qr kərə yağı

- 5 yumurta

- duz

- 1 yumurta sarısı (piroqun üzərinə çəkmək üçün)

Hazırlanması:

1. Yumşaq kərə yağı xama ilə qarışdırılır.

2. Un ələnir, qabartma tozu, duz əlavə olunur, qarışdırılır.

3. Un yağlı-xamalı kütləyə tökülür, yaxşı qarışdırılır, bir qədər yoğrulur (çox yoğurmaq lazım deyil - xəmir bərk alınacaq).

4. Xəmiri sellofana bükürük və 30 dəqiqə soyuducuda saxlayırıq.

5. İçlik üçün yumurta bişirilir, xırda doğranmış soğan kərə yağında 7-10 dəqiqə ərzində qızardılır.

6. Bişmiş yumurta xırda doğranır, soğanla olan tavaya əlavə olunur, duz vurulur, yaxşı qarışdırılır.

7. Xəmir 2 hissəyə bölünür, təxminən 1 sm qalınlığında yayılır.

8. Tavaya xüsusi kağız səririk, xəmir qoyuruq, üzərinə içlik qoyuruq, hamarlayırıq. İçliyin üzərinə nazik  doğranmış kərə yağı quyuruq.

9. İçliyin üzərinə xəmirin ikinci hissəsini qoyuruq, qıraqları yuxarı bükürük. Piroqu çəngəllə bir neçə yerdə deşirik.

10. Yumurta sarısını 1 qaşıq su ilə yaxşı qarışdırırıq, fırça ilə piroqun üzərinə vururuq.    

11. Sobanı əvvəlcədən 200 C kimi qızdırırıq. Piroqu 30-40 dəqiqə ərzində bişiririk. Piroq qızılı rəngdə olmalıdır.

Nuş olsun!

Evdarliq.Az



 

 

.