Pendir və toyuq əti ilə qat-qat pirojkilərin hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
- 1 lay hazır qat-qat xəmir
- 2 toyuğun döş əti
- 100 q bərk pendir
- 2 x.q. mayonez
- duz, istiot, ədviyyat
Hazırlanması:
Toyuq ətini çox xırda doğrayın. Sürtgəcdən keçirilmiş pendir, mayonez, duz-istiot, ədviyyat əlavə edin.
Xəmiri kvadratlara bölün, ortasına iç qoyun. Xəmirin kənarlarını şəkildə gördüyünüz kimi kəsin, için kənarıyla gül formasında bükün.
205 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Nuş olsun!
Milli.az