Qəlyanaltılar

Göbələk gəlyanaltısı

Göbələk çox dadlı və faydalı məhsuldur. Qida dəyərinə görə göbələklər ətdən geri qalmırlar.

Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozulmaları zamanı çox xeyirlidir.

Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Göbələklər xüsusi maddələr - antioksidantlarla olduqca zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Sizə çox dadlı və asan göbələk qəlyanaltısı reseptini təqdim edirik.

Lazım olan məhsullar

- iri şampinyonlar - 10 dənə

- pendir (rossiyskiy, holland pendiri) - 150 qr

- xama - 2 xörək qaşığı

- soğan - 1 baş

- sarımsaq - 1 diş

- duz, istiot (zövqə görə)

- bitki yağı (tavaya çəkmək üçün)

Hazırlanma:

1. İri şampinyon göbələkləri seçirik. Onları yaxşı təmizləyirik, yuyuruq və quruduruq. Şampinyonların gövdəsini kəsirik və çay qaşığı ilə ehtiyatla oyuruq.

2. İçlik hazırlamaq üçün soğanı xırda kublar şəklində doğrayırıq və bitki yağında bir qədər qızardırıq. Daha sonra ora xırda doğranmış göbələklərin gövdələrini, duz, istiot, xırda doğranmış sarımsaq əlavə edirik və hazır olana kimi qızardırıq. Axırda xama əlavə edirik, yaxşı qarışdırıq və təxminən 1 dəqiqə ərzində qızardırıq.

3. Pendiri sürtgəcin iri gözündən keçirdirik. Pendirin yarısını içliyə əlavə edirik və yaxşı qarışdırırıq.

4. Tavaya bir qədər yağ çəkirik və göbələkləri düzürük. Hər göbələyin içinə içlik qoyuruq və üzərinə pendir tökürük.

5. Şampinyonları 190-200 C kimi qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Mənbə: www.hozoboz.com

Saglamolun.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Arıqlamaq istəyirsinizsə, səhərlər bunu yeyin!

Arıqlamaq istəyirsinizsə, səhərlər bunu yeyin!

Sağlamlıq Hits:16266

Arıqlamaq istəyən insan mütləq səhər yeməyi...

Yaxşı əti necə seçmək lazımdır? MƏSLƏHƏTLƏR

Yaxşı əti necə seçmək lazımdır?…

Ərzaqlar Hits:1771

1. Cavan heyvanın əti daha dadlı olur.

Qırmızı lobya və göbələklə dadlı salat

Qırmızı lobya və göbələklə dadlı…

Salatlar Hits:5915

Tez hazırlanan və çox dadlı salatdır...

Braziliya şokoladlı keks

Braziliya şokoladlı keks

Şirniyyat Hits:1445

Bu, Braziliya və Portuqaliyada məşhur olan...

Ərik qurusu ilə kəsmikli peçenye

Ərik qurusu ilə kəsmikli peçenye

Şirniyyat Hits:10012

Tərkib: - 1 stəkan un

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az