Evdə hazırlanmış KARTOF ÇİPŞİ - uşaqlarınızın sevdiyi dadı evdə daha sağlam RESEPTlə hazırlayın

Evdə hazırlanmış kartof çipslərini necə etmək olar? Tərkibində konservantlar olmayan və çox yağlı olmayan evdə hazırlanmış kartof çipslərinin dadlı resepti sizi heyran edəcək.

Məhsullar:

2 nazik qabığı soyulmuş kartof

Sirkə

Duz


Zeytun yağı

Qara istiot

Hazırlanması:

Kartofu yaxşıca yuyun və incə doğrayın. Suyu və kartofu dərin bir qaba qoyun. Suya duz və sirkə əlavə edib qarışdıraraq kartofları yuyun. Suyu boşaltın və sonra təmiz su ilə yuyun, bir dəsmal ilə qurudun. Kartofun üzərinə duz, zeytun yağı və qara bibər əlavə edib qarışdırın. Yağlı kağızla örtülmüş soba nimçəsinə kartofları yan-yana düzün. Əvvəlcədən isidilmiş sobada 175 dərəcə 15 dəqiqə bişirin. Sobadan çıxarın, kartofu çevirin və hər tərəfi qızarana qədər yenidən bişirin.

Nuş Olsun!

Evdarliq.Az



 

 

.