Qəlyanaltılar

Lavaşdan hazırlanan ruletlər üçün 20 dadlı içlik

Lavaşdan sadə və asan başa gələn çox dadlı ruletlər hazırlamaq olar.

20 müxtəlif tərkibə malik içliklər isə ruletlərə daha çox ləzzət və gözəl görünüş qatacaq.

Lazım olan məhsullar:

- Lavaş

İçliklər:

1. Ev kəsmiyi (200 qram), 2 diş sarımsaq, duz, göyərti və biraz mayonez.

2. Krab çubuqları (1 paket), soyutma yumurta, sürtgəcdən keçirilmiş pendir, 2 diş sarımsaq, mayonez və göyərti.

3. Soğanla qızardılmış şampinyon göbələyi, 1 qab “Yantar” tipli krem pendir, göyərti. Əgər acı xoşlayırsınızsa, biraz xırdalanmış marinad xiyarlarından əlavə edə bilərsiniz.

4. Ev kəsmiyi, sarımsaq, göyərti, sürtgəcdən keçirilmiş pendir və duzlu xiyar.

5. 1 qab adıgey pendirini əllərinizlə xırdalayın, göyərti, mayonez və koreya kökü əlavə edin.

6. Az duzlu qırmızı balığı doğrayın, göyərti və təzə xiyar əlavə edin.

7. Qaynadılmış düyü, soyutma yumurta, göyərti, mayonez.

8. Balıq konservini yağda çəngəllə əzin, sürtgəcdən keçirilmiş pendir və göyərti əlavə edin.

9. Kolbasa, soyutma yumurta, koreya kökü və mayonez.

10. Kiçik kublar şəklində doğranmış bərk pendir və vetçina, sürtgəcdən keçirilmiş sarımsaq və təzə xiyar, mayonez.

11. Qızarmış soğan və bolqar bibəri, kəsilmiş duzlu xiyar, qızarmış toyuq əti, sarımsaq, təzə pomidor.

12. Sürtgəcdən keçirilmiş xiyar və kök, hisə verilmiş ət tikələri, mayonez və göyərti.

13. Sürtgəcdən keçirilmiş çuğundur, kök, sarımsaq, qoz və mayonez.

14. Qızardılmış soğan, şirin bibər və ət qiyməsi, sürtgəcdən keçirilmiş bərk pendir.

15. Krem pendir, soğan, sarımsaq və bibərdən hazırlanan qarışım.

16. Soyutma yumurta, soğanla qızardılmış göbələk, sürtgəcdən keçirilmiş pendir və göyərti.

17. Şirin bibər, soğan, pomidor və sarımsaq bitki yağında qızardılır və blenderdə məcun halına gətirilir.

18. Toyuq ciyəri qızardılır, yağlı qaymaq əlavə olunur, zövqə görə duz və istiot vurulur və blenderdə çalınır, mikrodalğalı sobada qızdırılır.

19. 1 paket krab çubuğu, 100 qram bərk növ pendir, 2-3 soyutma yumurta, 1 paket mayonez və göyərti.

20. Bişirilmiş krevetlər çəngəllə əzilir, kərə yağı və sarımsaq əlavə edilir.

Hazırlanma qaydası:

Qeyd olunan içliklərdən hər hansı birini lavaşın içinə qoyun və bütün səth boyu bərabər yayın. Sonra rulet şəklində yuvarlayın. Ruleti halqalara doğrayın. Boşqaba qoyun və göyərti ilə bəzəyin.

Saglamolun.Az


.....

.
.

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика