Pide resepti. Foto

Məhsullar:

Xəmir üçün:

- 400 qr un

- 150 qr su

- 100 qr süd

- 30 qr kərə yağı

- 2 ç.q. şəkər tozu

- 1 ç.q. duz

- 1 ç.q. quru maya

- 1 yumurtanın sarısı (üzərinə çəkmək üçün)

İçlik:

- 500 qr farş

- 150 qr feta pendiri

- 2 baş soğan

- 1 pomidor

- 1 bolqar bibəri

- 1 ç.q. tomat

- cəfəri

- duz, istiot

- bitki yağı (qızartmaq üçün)

Hazırlanması:

1. Xəmir hazırlayırıq: qaba un, şəkər tozu, duz, quru maya tökün, qarışdırın. İlıq su və süd əlavə edin, qarışdırın. Yağı əridin, xəmirə əlavə edin, qarışdırın

2. Xəmiri yoğurun, isti yerə qoyun (xəmir 2-3 dəfə artmalıdır)

3. İçlik: soğanı xırda doğrayın, yağda qızardın. Farş əlavə edin, qızardın. Pomidor və bolqar bibəri kub kimi doğrayın, əlavə edin. Tomat , cəfəri, duz və istiot əlavə edin, hazır olana qədər bişirin. İçlik çox quru olmamalıdır

4. İçliyi soyudun, feta əlavə edin, qarışdırın.

5. Xəmiri və içliyi 6 hissəyə bölün. Xəmirin hər hissəsini oval şəklində yayın, içlik qoyun, şəkildə göstərildiyi kimi bükün.

6. Tavaya perqament sərin, pideləri düzün, üzərinə yumurta sarısını çəkin.

7. Sobanı 220 C qədər qızdırın, təxminən 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az




loading...

Körpələrə baxım zamanı anaların ən yayılmış səhvləri