Türk üsulu pomidor-yumurta - MENEMEN RESEPTİ

Tərkibi

- 3 ədəd pomidor

- 1 ədəd soğan

- 2 diş sarımsaq

- 1 çay qaşığı bibər tomatı

- Duz

- İstiot

- Qırmızı bibər

- Adi cirə

- 4 ədəd yumurta

Hazırlanma qaydası

1. Pomidorları kvadrat şəklində doğrayıb, bir kənara qoyun.

2. Tavaya maye yağ əlavə edib, soğanı qovurun.

3. Qovrulan soğanın üstünə bibər pastasını və pomidorları əlavə edin.

4. 5-10 dəqiqə bişəndən sonra qarışığın içinə istiot, qırmızı bibər və adi cirəni əlavə edin.

5. Son olaraq sarımsağı və yaxşıca qarışdırılmış yumurtanı əlavə edin. Üzərinə duz atın.

6. Süfrəyə təqdim etdikdə, zövqünüzə görə nana və yaxud reyhan da əlavə edə bilərsiniz.

Nuş olsun!




loading...

Qadınların MENSTRUASİYA ilə bağlı soruşmağa utandığı SUALLAR