Məhsullar:
- 1 kq qaraciyər
- 2 iri kök
- 2 soğan
- 100 qr kərə yağı
- 100 qr süd
- duz, istiot
- bitki yağı
Hazırlanması:
- Qaraciyəri yuyun, pərdələrdən təmizləyin, kiçik tikələrə doğrayın.
- Kökü soyun sürtgəcdən keçirin, soğanı xırda doğrayın.
- Qaraciyər, kök və soğanı bitki yağında açıq tavada 5 dəqiqə qızardın.
- Süd, duz, istiot əlavə edin, qapaq altında vam odda 20 dəqiqə pörtlədin.
- Bir az soyudun, blenderdə yumşaq kərə yağı ilə birlikdə çalın.
- Paşteti formaya qoyun, soyuquducuda axşamdan səhərə kimi saxlayın. Paştet hazırdır.
Nuş olsun!
Evdarliq.az