Badımcan pomidor və pendirlə sobada

Məhsullar:

- 3 badımcan

- 5-6 pomidor

- 100 qr pendir

- 3 diş sarımsaq

- bitki yağı

- duz, istiot

Hazırlanması:

1. Badımcanları 1 sm qalınlıqda dairələr şəklində doğrayın, soyuq duzlu suda 40 dəqiqə saxlayın.

2. Pomidorları nazik dairələr şəklində, sarımsağı xırda-xırda doğrayın.

3. Badımcanları bitki yağında hər iki tərəfdən 3-4 dəqiqə ərzində qızardın.

4. Badımcanları formaya düzün, üzərinə sarımsaq, sonra pomidor qoyun, duz və istiot vurun.

5. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, badımcanları 20-25 dəqiqə bişirin.

7. Masaya verəndə üzərinə göyərti səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.