İnqrediyentlər:
- 2,5 stəkan un
- 1 paket quru maya (11 qr)
- 1 ç.q duz
- 1 x.q. şəkər tozu
- 250 ml su
- 2,5 x.q. bitki yağı
Hazırlanması:
1. Unu ələyin.
2. Qabda un, maya, duz, şəkər tozunu qarışdırın.
3. Su və yağ əlavə edin, xəmir yoğurun.
4. Xəmiri yağ çəkilmiş formaya qoyun, üzərinə dəsmal örtün, isti yerdə 30 dəqiqə saxlayın, xəmir qalxanda yoğurun.
5. Xəmir 2-ci dəfə qalxanda 200 C qədər qızdırılmış sobaya qoyun, 40 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az