Tərkib:
- 4 nazik lavaş
- 200-300 qr farş
- 100 qr holland pendiri
- 250 ml süd
- 1 pomidor
- 1 baş soğan
- 1 ç.q. tomat
- 25 qr kərə yağı
- 2 x.q. un
- duz, istiot, quru reyhan
- bitki yağı (qızartmaq üçün)
Hazırlanması:
1. Soğanı xırda doğrayın, bitki yağında bir az qızardın.
2. Farş əlavə edin, qızardın.
3. Tomat və qabığı soyulmuş və xırda doğranmış pomidor əlavə edin, qarışdırın, vam odda bişirin.
4. Sonda duz, istiot, quru reyhan əlavə edin, qarışdırın.
5. Sous: kərə yağını əridin, qazana ələnmiş un əlavə edin, bişirəndə daim qarışdırın. 1 dəqiqədən sonra süd əlavə edin, 3 dəqiqə ərzində bişirin, daim qarışdırın. Sonra yenə 100 ml süd və duz əlavə edin, qarışdırın, qatılaşanda oddan götürün.
6. Lavaşı lazanya bişirdiyiniz formaya uyğun kəsin.
7. Lavaşı formaya qoyun, farşın 1/3 hissəsini tökün, üzərinə sousun 1/3 hissəsini tökün. Yenə lavaş, farş, sous. 3 belə lay alınmalıdır.
8. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
9. Sobanı qabaqcadan 190 C qədər qızdırın, lazanyanı 10 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.az
Şirniyyat Hits:875
Bu xəmirdən bulkalar, vatruşkalar, piroqlar hazırlamaq...
Faydalı məsləhətlər Hits:190
Bir çox ətir rəfləri əslində bənzədilmiş...
Kosmetologiya Hits:281
“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...
Faydalı məsləhətlər Hits:3349
Tomat, turşu, mürəbbə kimi bir çox...
Faydalı məsləhətlər Hits:306
Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz...
Kosmetologiya Hits:824
Üzdə yaranan ləkələrdən yaxa qurtarmaq təxmin...
Əziz və çox dəyərli xanımlar!
“Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.
Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız.
Saytımıza daxil olduqda ev işlərində daha təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində sizə çətin gələn işlərin asanlaşmasıdır.
Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün sizə yalnız həzz hissi yaşatsın!
Hörmətlə,
Evdarlıq.Az