Tərkib:
- 3 xiyar
- göyərtilər (soğan, keşniş, şüyüd, turp və s. zövqə görə)
- 4 bişmiş təzə kartof
- 3 bişmiş yumurta
- 1 l qatıq
- 1 stəkan qaynanmış su
- duz (zövqə görə)
Hazırlanması:
1. Göyərtiləri xırda-xırda doğrayın.
2. Turpu və xiyarı nazik doğrayın.
3. Kartofu və yumurtanı kiçik kublar şəklində doğrayın.
4. İnqrediyentləri qazana tökün.
5. Qatığı qarışdırın, üzərinə su tökün, yenə qarışdırın.
6. Qatığı qazana tökün, duz vurun, okroşkanı yaxşı qarışdırın.
7. Okroşkaya xırda doğranmış bişmiş ət və ya toyuq da əlavə etmək olar.
Nuş olsun!
Evdarliq.az