Göyərti ilə SADƏ PİROQ

Tərkib:

- 300 qr un

- 100 qr süd

- 100 qr su

- 30 qr kərə yağı

- 10 qr təzə maya

- 1 ç.q. şəkər tozu

- 1 çimdik duz

İçlik üçün:

- 50 qr xama

- 200 qr ağ pendir

- duz, istiot

- göyərti (keşniş, şüyüd, ispanaq, göy soğan və s. zövqə görə)

Hazırlanması:

1. İlıq südə ilıq su, şəkər tozu və maya əlavə edin, qarışdırın. Bir qədər saxlayın.

2. Unu ələyin, südlə maya qarışığı, əridilmiş kərə yağı (ilıq olmalıdır) və duz əlavə edin, yumşaq elastik xəmir yoğurun. Xəmirin üzərinə dəsmal sərin və 40-50 dəqiqə saxlayın.

3. İçlik: göyərtiləri təmizləyin, yuyun, xırda doğrayın. Pendiri qaşıqla əzin, xama ilə qarışdırın. Göyərti əlavə edin, qarışdırın.  

4. Xəmiri 1 sm qalınlıqda yayın, ortasına içlik qoyun, hamarlayın. Xəmirin qıraqlarını qaldırın, piroqun ortasına gətirin, biri birinə yapışdırın, piroqun üzərini hamarlayın. Yumru kökə alınmalıdır. Kökənin ortasında buğun çıxması üçün kiçik kəskin edin.

5. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu 20-25 dəqiqə ərzində bişirin. İsti piroqun üzərinə kərə yağı çəkin.

Nuş olsun!

Evdarliq.az



 

 

.