Tərkib:
- 3 yumurta
- yarım l süd
- 1 x.q. şəkər tozu
- 1 dolu stəkan un
- yarım ç.q. duz
- 3 x.q. bitki yağı xəmirə + qızartmaq üçün
Hazırlanması:
1. Yumurta şəkər tozu və duzla çalın.
2. Südün yarısını əlavə edin, qarışdırın.
3. Hissə-hissə un əlavə edin, qarışdırın.
4. Qalan süd əlavə edin, yaxşı qarışdırın.
5. Bitki yağı əlavə edin, qarışdırın, 10-15 dəqiqə saxlayın. Xəmir duru xama kimi olmalıdır.
6. Qalın tavanı yaxşı qızdırın, bitki yağı çəkin, blini 2 tərəfdən qızardın, üst-üstə yığın, hər blinə kərə yağı çəkin.
7. Blini masaya xama, cem, "squşonka" ilə verilir.
Nuş olsun!
Evdarliq.az