Qəlyanaltılar

Toyuq əti ilə dadlı BLİNÇİKLƏR

Tərkib:

- 300 qr toyuq sinəsi

- 30 qr kərə yağı

- 2 x.q. yumru düyü

- 1 soğan

- duz, istiot

- 10-15 kiçik lavaş

- 1 yumurta

Hazırlanması:

1. Toyuq ətini bişirin, ətçəkən maşınından keçirin, yumşaq kərə yağı əlavə edin, qarışdırın.

2. Düyünü bişirin, süzün.

3. Soğanı xırda doğrayın, bitki yağında qızardın.

4. Toyuğu, düyünü, soğanı qarışdırın, duz, istiot əlavə edin.

5. Farşdan götürüb lavaşın üzərinə qoyun, lavaşı bükün, qırağı yumurta ilə "yapışdırın".

6. Tavada bitki yağını qızdırın, blinçikləri hər iki tərəfdən qızardın.

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика