Tərkibi:
- 1 stəkan un
- 1 stəkan qatıq
- 2 yumurta
- 2 ç.q. qabartma tozu
- 300 qr farş
- 1 baş soğan
- göyərti (zövqə görə)
- duz, istiot
- bitki yağı
Hazırlanması:
1. Qatığa qabartma tozu əlavə edin, qarışdırın, 5 dəqiqə saxlayın.
2. Farş və xırda doğranmış soğanı tavada bir qədər qızardın, duz, istiot, göyərti əlavə edin, qarışdırın.
3. Qatığa yumurta, un, 1 çimdik duz əlavə edin, yaxşı qarışdırın.
4. Formaya kağız sərin, xəmirin yarısını tökün, içlik qoyun, hamarlayın, xəmirin qalan hissəsini tökün, hamarlayın.
5. Sobanı qabaqcadan 170 C qədər qızdırın, piroqu 35-40 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.Az