Kartof və toyuqla sadə və dadlı piroq. Əla şam yeməyi!

Tərkib:

Xəmir:

- yarım stəkan un

- 100 qr xama

- 2 yumurta

- yarım çay qaşığı soda (sirkə ilə söndürün)

İçlik:

- 4 orta kartof

- 1 toyuq sinəsi

- 1 baş soğan

- duz, istiot, sarıkök

- üyüdülmüş suxarı.

Hazırlanması:

1. Kartofu və soğanı nazik halqalar şəklində, toyuğu uzun-uzun nazik doğrayın.

2. Formaya yağ çəkin, suxarı səpin, üzərinə lay-lay (kartof-toyuq-soğan) içlik qoyun, hər laya ədviyyatları səpin.

3. Xəmir hazırlayın. Yumurtanı xama ilə yaxşı çalın, soda və un əlavə edin, yaxşı qarışdırın.

4. Xəmiri içliyin üzərinə tökün, hamarlayın.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 50 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.az



 

 

.