Kəsmik və pendirlə çox dadlı piroq

Piroq çox asan hazırlanır, çox dadlı və doyumlu alınır. Piroqu şam yeməyinə hazırlaya bilərsiniz. Piroq həm isti, həm də soyuq halda çox dadlıdır.

Tərkib:

- 2 yumurta

- 100 qr kərə yağı

- 1 ç.q. duz

- 1 ç.q. qabartma tozu

- 1 stəkan un

İçlik:

- 200 qr kəsmik

- 200 qr holland pendiri

- 2 yumurta

- 2-3 diş sarımsaq

- duz

- göyərti (zövqə görə)

Hazırlanması:

1. İçlik: pendir sürtgəcdən keçirilir, kəsmik, yumurta, duz, sarımsağəzənlə əzilmiş sarımsaq, xırda doğranmış göyərti əlavə olunur, yaxşı qarışdırılır.

2. Xəmir: Yumşaq kərə yağı yumurta ilə qarışdırılır, duz, qabartma tozu, ələnmiş un əlavə olunur, xəmir yoğrulur.

3. Formaya yağ çəkin, xəmir qoyun, xəmirin qıraqlarını qaldırın.

4. Üzərinə içlik qoyun, hamarlayın.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 40-45 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


.