Kartof kökələri. Ucuz və dadlı qəlyanaltı!

Çox tez hazırlanan qəlyanaltı. Yüngül səhər və ya şam yeməyi üçün çox yaxşı variant.

Tərkib:

- 5-6 orta ölçüdə kartof

- 1 yumurta

- yarım stəkan un (xəmirə) + yarım stəkan un (yaymaq üçün)

- 1 diş sarımsaq

- 1 x.q. bitki yağı

- 1 dəstə şüyüd  

- duz, istiot (zövqə görə)

Hazırlanması:

1. Kartofu bişiririk və yaxşı əzirik.

2. Yumurta, duz, istiot, əzilmiş sarımsaq, bitki yağı, xırda doğranmış şüyüd əlavə edirik, yaxşı qarışdırırıq.

3. Ələnmiş un əlavə edirik, qarışdırırıq.

4. Masanın üzərinə un tökürük, xəmirdən götürüb nazik kökələr yayırıq.

5. Tavanı yaxşı qızdırırıq və kökələri quru tavada bir neçə dəqiqə ərzində hər iki tərəfdən qızardırıq.

6. İsti kökələrin üzərinə kərə yağı çəkirik və xama ilə yeyirik.

Nuş olsun!

Evdarliq.Az



 

 

.