Mayasız çörək. SADƏ RESEPT

Çörək çox yumşaq və dadlı alınır. Çörəyin bişirilməsi az vaxt aparır. Hər gün belə çörək bişirə bilərsiniz.

1 belə çörək 4 nəfərdən ibarət olan ailəyə 1 günə kifayət edir. İstənilən undan istifadə edə bilərsiniz. Tamdənli buğda unu ən faydalıdır.

Tərkib:

- 300 qr un

- 1 stəkan qatıq (turş olmamalıdır)

- 1/2 ç.q. duz

- 1 ç.q. soda.

Hazırlanması:

1. Ələnmiş un, soda və duz qarışdırılır.

2. Qatıq əlavə olunur.

3. Un əlavə etməyin. Xəmir çox bərk alınacaq.

4. Əllərinizə bitki yağı çəkin, xəmiri 5 dəqiqə ərzində qatın.

5. Sobanı 200 C qədər qızdırın. Xəmiri bitki yağı çəkilmiş formaya qoyun.

6. Çörəyi 35-40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.