Bu piroq çox tez və asan hazırlanır. Xəmiri yoğurmaq və s. lazım deyil. İstənilən içlik seçə bilərsiniz.
Tərkib:
- 3 x.q. mayonez
- 3 x.q. xama
- 2 yumurta
- 7 x.q. un
- 150 qr holland pendiri
- 2 x.q. ketçup
- içlik: bişmiş ət və ya toyuq (sosis, kolbasa), pomidor, zeytun, göyərti və s. (zövqə görə istənilən içlik seçmək olar).
Hazırlanması:
1. Mayonez, xama, yumurta, ələnmiş un yaxşı qarışdırın.
2. İçlik hazırlayın. Bişmiş əti və ya toyuğu didin, kolbasa və ya sosisi nazik tikələrə doğrayın, pomidor, zeytun və s. nazik-nazik doğrayın.
3. Tavanı yaxşı qızdırın, bir az bitki yağı tökün, üzərinə xəmir tökün, hamarlayın.
4. Üzərinə ketçup gəzdirin, içlik düzün, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
5. Tavanı qapağla örtün, piroqu vam odda hazır olana qədər bişirin. Piroqun altı qızarmalı, pendir tam əriməlidir.
Nuş olsun!
Evdarliq.Az