Çox dadlı və yumşaq PİROJKİ RESEPTİ

Çox gözəl xəmir alınır. Bu xəmirdən hazırlanmış pirojki uzun müddət yumşaq qalır, qurumur. İstənilən içlik istifadə oluna bilər - ət, kartof, kələm, cem və s.

Tərkib:

- 1/2 (yarım) kq un (bir qədər çox lazım ola bilər)

- 150 qr mayonez

- 1 stəkan süd

- 1 çimdik duz

- 2 ç.q. şəkər tozu

- 5 qr quru maya (yaş mayadan istifadə edirsinizsə 15 qr götürün və mayanı əvvəl şəkər tozu əlavə olunmuş süddə həll edin)

Hazırlanması:

1. İlıq süd, mayonez, duz və şəkər tozu çəngəllə qarışdırılır.

2. Ayrı qabda un ələnir, quru maya əlavə olunur, qarışdırılır.

3. Un olan qaba mayonezli-südlü qarışığı tökün, xəmir yoğurun. Yumşaq, zərif və hamar xəmir alınmaldır.

4. Xəmirin üzərini plyonka ilə örtün, isti yerə qoyun. 1 saatdan sonra xəmiri bir az yoğurun və yenə 1 saat saxlayın.

5. Xəmirdən tikələr kəsin, yastıladın, ortasına içlik qoyun, bükün. Pirojkilərin üzərini dəsmalla örtün, 15 dəqiqə saxlayın və sonra bişirin. Bu pirojkiləri həm sobada bişirmək, həm də yağda qızartmaq olar.

Nuş olsun!

Evdarliq.Az  


Загрузка...
. .