Ev şəraitində ÇİPSİ hazırlayırıq

Sizə ekoloji təmiz və dadlı çipsi reseptini təqdim edirik.

Tərkib:

- 2 ədən nazik lavaş

- 1 dəstə şüyüd

- 2 diş sarımsaq

- 4 x.q. zeytun yağı

- duz

- istiot

Hazırlanması:

1. Şüyüd nizik doğranılır, sarımsaq sarımsağəzənlə əzilir, duz, istiot, zeytun yağı əlavə olunur, qarışdırılır.

2. Bu qarışığı lavaşa çəkin, bir az gözləyin, lavaşı istənilən formada (romb, kvadrat və s.) kəsin.

3. Çipsi tavaya düzün və qabaqcadan 180 C qədər qızdırılmış sobada 5 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az